SON DƏQİQƏ! Şərur sakini Şahbuzda MİNAYA DÜŞDÜ

Şərur rayonundan olan çoban Şahbuzda minaya düşüb.

Musavat.com report-a istinadən xəbər verir ki, Şahbuzun "Qanlıgöl" yaylağında Şərur rayonunun Mahmudkənd kəndinin sakini, 2005-ci il təvəllüdlü Sultanov Bəxtiyar İslam oğlu minaya düşüb.

B.Sultanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

11.08.2024 23:00
515