SON DƏQİQƏ: Şahramanyan separatçı rejim haqda TƏCİLİ qərarı Paşinyana yolladı - CANLI

Qarabağdan qovulmuş separatçıların sonuncu başçısı Samvel Şahramanyan qondarma “artsax”ın buraxılması haqqında özünün 28 sentyabr 2023-cü il tarixli “fərman”ını ləğv edib.

“Hraparak”ın məlumatına görə, Samvel Şahramanyan sözügedən “fərman”ın ləğvi barədə “qərar”ı 2023-cü il dekabrın 10-da imzalayııb və bir nüsxəsini Ermənistanın baş naziri Nikol Paşinyana göndərib.

Naşrin yazdığına görə, Samvel Şahramanyan Ermənistan hakimiyyətinin təhdidlərini nəzərə alaraq, həmin “qərar”ı hələ ictimaiyyətə açıqlamayıb “Şahramanyan hələlik susqunluğu və siyasi passivliyi qoruyub saxlamaq qərarına gəlib”, - “Hraparak” yazıb. Xatırladaq ki, özünü buraxdığını elan edən “artsax”ın sonuncu başçısı Samvel Şahramanyanın 28 sentyabr 2023-cü il tarixli "fərman"ında deyilir:

“1. 2024-cü il yanvarın 1-dək “artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “artsax respublikası”nın mövcudluğu dayandırılsın;

2. Qarabağın erməni əhalisi, o cümlədən “respublikadan” kənarda yerləşən əhali bu “fərman” qüvvəyə mindikdən sonra gələcəkdə Qarabağda qalma (qayıtmaq) mümkünlüyü haqqında müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.

Bu fərman dərc edildikdən dərhal sonra qüvvəyə minir”. Rəsmi İrəvan artıq Samvel Şahramanyana qeyri-ciddi fiqur kimi yanaşır, onun "hərəkətlər"inə ciddi reaksiya vermir.

Rusiyalı hüquqşünas Ruben Kirakosyan Ukraynaya qarşı müharibədə Rusiyanın tərəfində 10 min erməninin döyüşdüyünü bildirib. Erməni bloger Roman Baqdasaryan deyib.

“Və onlar Feysbukda aktiv şəkildə Ermənistanın nə etməli olduğu, erməni xalqının özünü necə aparması barədə post yazırlar. Ötən ilin yayında Saratovda Qarabağda hərbi xidmətdən rüşvət müqabilində yayınmış bir qarabağlı tanış dəfn edilib. Dəhşətli reallıqdır”, - o bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu təhlükəsizlik eksperti Alp Arslan İmamqulu və hərbi ekspert Ramil Məmmədli ilə gündəmi dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

10.01.2024 16:00
1249