SON DƏQİQƏ: Rusiyaya KÜTLƏVİ HÜCUM – Moskvada PARTLAYIŞ, Ukrayna 2 kənd aldı...

Sutka ərzində Ukrayna ordusu Kursk vilayətinin daha iki - Plexovo və Spalnoe kəndlərinə nəzarəti ələ keçirib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Plexovo kəndinin ələ keçirilməsi dünən gecə ukraynalı hərbçilərin yaydığı görüntülərlə təsdiq olunmuşdu.

Bildirilib ki, Korenevo kəndindən 15 km şimal-şərqdə, Korenevo rayonunda da aktiv döyüş zonası genişlənib. NASA peyk görüntüləri bunu təsdiq edir. Hazırda rayonun mərkəzində döyüşlərin getdiyi bildirilir.

Məlumata görə, Ukrayna ordusu Sucanı əlində saxlayır və şimal-şərqdəki Martınovkaya hücumlar edir.

Rusiya Ukrayna qoşunlarının Kursk vilayətinə hücumuna cavab olaraq qüvvələrinin bir hissəsini Ukraynadan çıxarır.

Bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadla yazır.

Qeyd olunur ki, bu addım Ukrayna hərbçilərinin Kurskda reydinin Rusiya qüvvələrinin məcburi yenidən qruplaşmasına səbəb olduğunu göstərir.

Nəşrin həmsöhbətləri deyirlər ki, ABŞ hələ də Rusiyanın bu addımının önəmini müəyyənləşdirməyə çalışır və Ukrayna cəbhəsindən Kurska nə qədər qoşun yeritdiyini dəqiqləşdirə bilməyib. Bu açıqlama Kiyevin Kurskda sürpriz əməliyyatın Rusiya qoşunlarını Ukraynadan yayındırması barədə dediklərini təsdiqləyir.

Bu arada Moskvanın "Rio" ticarət mərkəzindəki yanğın baş verib. Bina külə dönür. Bunun partlayış olması versiyası müzakirə olunur.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz.

Qonağımız siyasi ekspert Elçin Alıoğludur.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

14.08.2024 11:29
2045