SON DƏQİQƏ: Rusiyada polis idarəsinə PUA hücumu...

Hadisə şahidləri Bryansk vilayətinin Trubçevsk şəhərində polis idarəsində partlayış baş verdiyini bildiriblər.

APA-nın məlumatına görə, bu barədə Mash Telegram kanalı məlumat yayıb. İlkin məlumatlara görə, binaya pilotsuz uçuş aparatı (PUA) çırpılıb.

“Binanın damı zədələnib, altı pəncərə sınıb”, – nəşr yazır.

Kanalın məlumatına görə, ölən və xəsarət alan olmayıb. Hazırda binanın ətrafındakı yollar bağlanıb, hadisə yerində əməliyyat qrupu işləyir.

31.07.2023 04:15
1935