Rusiya Müdafiə Nazirliyi baş verən qəza ilə bağlı məlumat yayıb.
Musavat.com xəbər verir ki, İl-76 təyyarəsinin göyərtəsində əsir götürülən Ukrayna SQ-nin 65 hərbi qulluqçusu dəyişdirilmək üçün Belqorod vilayətinə aparılıb, 6 ekipaj üzvü və 3 onu müşayiət edən şəxs olub.
***
Rusiyanın Belqorod vilayətində “İl-76” hərbi təyyarəsi qəzaya uğrayıb.
İlkin olaraq məlumatı Rusiyanın “Telegram” kanalları yayıblar.
Bir müddət sonra Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumatı təsdiq edib.
“Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər. Təfərrüat bir müddət sonra açıqlanacaq”, - deyə qubernator vurğulayıb.
İlkin məlumata görə, göyərtədə 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilir.