Rusiya xüsusi xidmət orqanları terror aktının hazırlanması barədə ABŞ-dən məlumat alıb, lakin bu məlumat ümumi xarakter daşıyıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.
Bununla ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotsonun gözlənilən terror aktı ilə bağlı məlumatın Rusiya tərəfinə ötürülməsilə əlaqədar sözləri Moskva tərəfindən təsdiqlənib.
Qeyd edək ki, ABŞ-ın kəşfiyyat məlumatında əsas təhdidin İŞİD-dən gəldiyi qeyd olunub.
Musavat.com