SON DƏQİQƏ! Rusiya Ermənistandan izahat tələb etdi

“Rusiya Federasiyası rəsmi İrəvandan Beynəlxalq Cinayət Məhkəməsi üzrə Roma Əsasnaməsinin Ermənistan parlamenti tərəfindən ratifikasiyası ilə bağlı aydınlıq gətirməsini tələb edib”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə danışıb.

“Biz artıq Ermənistan tərəfindən bu məsələyə aydınlıq gətirməsini xahiş etmişik və İrəvanın cavabının məzmunu əsasında gələcək addımlarımızı müəyyənləşdirəcəyik”, - deyə o bildirib.

Musavat.com

05.09.2023 17:57
1939