Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rusiya hərbçiləri saxlanılıb.
Musavt.com xəbər verir ki, Ermənistanda patrul xidmətinin əməkdaşları “Opel” markalı avtomobili saxlayıblar, onun sürücüsü avtomobildən düşərkən şüşə pipetka və ağ kütləli plastik torbanı yerə atıb.
Erməni KİV-lərinin məlumatına görə, hadisə yanvarın 6-da baş verib. Sürücü və ikisi Rusiya hərbçisi olan üç sərnişin saxlanılaraq polis şöbəsinə aparılıb. Saxlanılan şəxslərin axtarışı zamanı qatlanan bıçaq və içərisində ağ rəngli maddə olan qələm qapağı aşkar edilib.
Musavat.com