Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri həbs edilib.
Musavat.com APA-ya istinadən xəbər verir ki, Rüfət Hacıyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, rüşvət almaqda təqsirləndirilir.
Rüfət Hacıyev barəsində Cinayət Məcəlləsinin 311-ci ( rüşvət almaq) maddəsi ilə ittiham verilib. Müstəntiqin vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.