İranda zəlzələ baş verib.
Musavat.com bu barədə "Mehr News" agentliyinə istinadən xəbər verir.
Bu gün səhər saat 09:30 radələrində Şehmirzad şəhərində 3,9 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Zəlzələ nəticəsində heç bir dağıntı və ya insan itkisi barədə hələlik məlumat yoxdur. Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.
Musavat.com