"Araik Arutunyanın "istefası" Qarabağdakı xaosun qarşısını ala bilməyəcək".
Musavat.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Araikin “vəzifəsini” müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq: ya Arutunyanın təxribatçı siyasətini davam etdirmək, ya da Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək.
"Bu iki seçim də separatçıların yeni “liderini” xilas etməyəcək. Hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Bu bizim üçün faydalıdır" - politoloq qeyd edib.
Elxan Şahinoğlu onu da vurğulayıb ki, Azərbaycan separatçıların işğal altındakı bölgədə “prezident seçkisi” keçirməsinə imkan verməməlidir.
Musavat.com