Rusiya prezidenti Vladimir Putin Ukraynadan artan hücumlardan sonra Hərbi Dəniz Qüvvələrinin rəisi Nikolay Yevmenovu vəzifəsindən azad edib.
Musavat.com xəbər verir ki, ardıcıl hücum xəbərlərindən sonra Putinin bu addımı böyük əks-səda doğurub.
Rusiya donanmasının yeni komandanı isəd admiral Aleksandr Moiseyevin təyin edildiyi bildirilib.
Hesabatlar göstərir ki, hazırda Şimal Donanmasının komandanı olan 61 yaşlı Aleksandr Moiseev tezliklə dəniz qüvvələrinin daimi baş komandanı təyin ediləcək, lakin sözügedən təyinat hələ rəsmi olaraq təsdiqlənməyib.
Musavat.com
Aleksandr Moiseyev