SON DƏQİQƏ! Prezident bu qanunu TƏSDİQLƏDİ

Prezident İlham Əliyev "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanunu təsdiqləyib.

Musavat.com xəbər verir ki, ötən il büdcə gəlirləri 35 milyard 236,4 milyon manat ( 2022-ci illə müqayisədə artım 14,9 %), gəlirlər üzrə plan 145 %, büdcə xərcləri isə 36 milyard 457,9 milyon manat (2022-ci illə müqayisədə artım 13,7%), xərclər üzrə plan 99,5 % icra olunub.

Büdcə kəsiri 1 milyard 221,5 milyon manat və yaxud ÜDM-in 1%-ni təşkil edib.

02.07.2024 15:22
3171