Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Aslan Əhməd oğlu Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.