SON DƏQİQƏ! Paşinyanın deputatı mina xəritələrinin yerini dedi

“Azərbaycan sərhədlərimizi keçəndə (qanuni ərazilərini bərpa edəndə - red.) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üz tutduq, cavab almadıq, lakin Qazaxıstanda dövlət çevrilişi olanda KTMT qrup yaradıb onu yatırdı”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin keçmiş müavini, hakim Vətəndaş Müqaviləsi Partiyasından parlament üzvü Qaqik Melkonyan deyib.

Melkonyan Ermənistanın KTMT-dən çıxmaq ehtimalı ilə bağlı bu sözləri işlədib: “Gəlin, irəli getməyək, səbrli olun, hər şeyin öz vaxtı var”.

Yerli jurnalistlər Azərbaycan tərəfinin niyə erməni əsirlərini qaytarmadığını soruşduqda deputat belə cavab verib:

“Razısınızmı ki, əsirlərin qaytarılması müqabilində Zəngəzur dəhlizindən imtina edək? Əsirlərin dəyişdirilməsi ilə bağlı problemimiz var”.

Bakının Ermənistan tərəfinin onlara minalanmış xəritələr verməsi tələbinə gəlincə, Melkonyan bunları söyləyib:

“Azərbaycan Qarabağı ermənisizləşdirib, həmin xəritələr isə Xankəndidə qalıb”.

Musavat.com

05.03.2024 17:31
5717