"Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyarsa, Azərbaycanla sülh sazişi bağlana bilər."
Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.
O qeyd edib ki, Ermənistan Azərbaycanın SSRİ çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır.
“Mən təsdiq edirəm ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyirik”. , - deyə o bildirib.
Paşinyan vurğulayıb ki, Bakı ilə tezliklə sülh müqaviləsi bağlamağa çalışır: "Amma burada ən çətin məsələ Qarabağdır.", - deyə o çıxışına davam edib.
Musavat.com