SON DƏQİQƏ! Paşinyan Azərbaycanda keçiriləcək COP29-da iştirak...

“Nikol Paşinyan avqustda mətbuat konfransı keçirməyə hazırlaşır və o, Ermənistanın noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə COP29 konfransında iştiraka dəvət edilməsi məsələsinə toxunacaq”.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet bununla bağlı hətta baş nazirin ofisinə sorğu göndərdiyini yazıb.

Qəzet həmin sorğuda Bakıda keçiriləcək tədbirdə Azərbaycanın Ermənistana mehriban qonşuluq münasibətlərinin əsas prinsipləri haqqında sənəd imzalamaq təklifi ilə bağlı erməni tərəfinin mövqeyini xəbər alıb.

“Nikol Paşinyanın ətrafındakı təbliğat maşını Ermənistan baş nazirinin Bakıya mümkün səfəri və orada sənəd imzalayacağı ilə bağlı tezislər yayır. Ötən ay Azərbaycan mətbuatında Paşinyanın Bakıya səfəri ilə bağlı məlumatlar yayılıb. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan isə Paşinyanın iş gündəmində belə bir səfər nəzərdə tutulmadığını bildirməklə kifayətlənib”, - deyə “Hraparak” yazıb.

Musavat.com

24.07.2024 16:29
20510