SON DƏQİQƏ! Netanyahunu razı saldı: İsrail - HƏMAS müharibəsini O BİTİRİR - FOTO

ABŞ-ın keçmiş prezidenti və hazırda prezidentliyə namizəd olan Donald Tramp avqustun 14-də İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək onu HƏMAS ilə anlaşmağa razı salıb.

Musavat.com xəbər verir ki, bu barədə "Axios" mötəbər mənbələrə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Netanyahunun ofisi bu çağırışı rədd etməyib.

Trampın kampaniyası isə mövzu ilə bağlı şərh verməkdən imtina edib.

Onların söhbəti Qətərin paytaxtı Dohada danışıqların bərpasından bir gün əvvəl olub. Bəzi məmurlar bu danışığı sövdələşməyə nail olmaq üçün mümkün olan son şans kimi görürlər.

Musavat.com

15.08.2024 10:55
2294