SON DƏQİQƏ! Nazirlik məlumat yaydı - İyunun 14-də...

Bu gün qeyri-sabit hava ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Musavat.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, iyunun 14-də qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.

14.06.2023 10:20
23768