SON DƏQİQƏ! Naftalanda qazi özünü yandırdı - Rəsmi məlumat

Naftalanda Vətən müharibəsi iştirakçısının özünü yandırması ilə bağlı araşdırma aparılır.

Bu barədə Musavat.com-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, iyunun 20-də Vətən müharibəsi iştirakçısı, 1993-cü il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Naftalanda qazi özünü yandırıb.

Musavat.com-a verilən məlumata görə, özünü yandıran qazi Tağıyev İlkin Həmid oğludur.

Məlumatda qeyd edilir ki, hadisə az müddət öncə etiraz səbəbindən rayon icra hakimiyyətinin qarşısında baş verib. 

Qazinin icra hakimiyətində qəbul zamanı özünü yandırdığı bildirilir. Onun bədəninin 30 faizi yanıb. Məsələ ilə bağlı TƏBİB-ə məlumat verilib. Hazırda özünü yandıran qazi Bakıya gətirilir. 

Qeyd edək ki, İlkin Tağıyev 08 noyabr 1993-cü ildə Goranboy rayonunun Hacıallı kəndində anadan olub. Naftalan şəhərində yaşayan İ.Tağıyev müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. Qazimiz İkinci Qarabağ müharibəsindən əvvəl 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. İlkin Tağıyev Vətən müharibəsində Talış və Suqovuşan istiqamətində döyüşüb.

Qazimiz artilleriya kəşfiyyatçısı kimi qulluq edib və onun PDM-i (piyadaların döyüş maşını) 120 mm-lik minaatan mərmisi ilə vurulub.

Əlavə məlumat veriləcək...

Musavat.com

20.06.2023 16:10
3754