SON DƏQİQƏ! Müxalifət Paşinyanı HƏDƏLƏDİ: Səni ö*lüm və t*error GÖZLƏYİR - CANLI

Ermənistanın müxalifət mətbuatı Nikol Paşinyanın tərəfdarlarını terrorla hədəlməyə başlayıb. Yazırlar ki, son günlər hakim “Mülki Müqavilə" partiyasının ofisi və üzvlərinin evləri qarşısında partlayışlar baş verir, polis bölmələrinə hücumlar qeydə alınır və s.

Müxalif mətbuat bunları misal göstərərək erməni cəmiyyətinə təlqin etməyə çalışır ki, hakim partiyanın üzvləri həyatları üçün qorxmağa başlayıblar və hakimiyyətin devrilməsi halında iztirablarla üzləşəcəklərindən çəkinirlər.

Mətbuat onu da yazır ki, hadisələrin nəzarətdən çıxacağı halında baş nazir Nikol Paşinyan ölkəni tərk edəcək və Qərb ölkələrindən birində sığınacaq tapacaq, hakim partiyanın digər üzvləri isə qaça bilməyəcəklər.

Müxalifətin mətbuat vasitəsilə yayımladığı məqalələrin məqsədi aydındır. Müxalifət terror yolu ilə hakim partiya üzvlərini qorxudur ki, Paşinyana tabe olmayın, əks halda sizi ölüm və həbs gözləyir.

Seçki və küçə mitinqləri yolu ilə hakimiyyətə gələ bilməyən müxalifət bu üsulla hakim partiyanın içində fikir ayrılığının dərinləşməsinə və Nikol Paşinyanın hökumət içində mövqelərinin zəifləməsinə çalışır.

“Rusiya uzun cəbhə xəttində yeni və böyük bir həmləyə hazırlaşır”. Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın "Economist" nəşri yazıb. Nəşr Ukraynanın müttəfiqlərinin Kiyevə yardımlarının azalmasına diqqət çəkib.

“Economist” Ukraynalıların düşdükləri vəziyyətlərinə görə dünya siyasətçilərini günahlandırdıqlarını deyib: “Ukraynanın Qərb müttəfiqlərinin diqqətini Yaxın Şərq, qarşıdan gələn seçkilər və iqtisadi çətinliklərlə yayındırırlar”.

Məqalədə qeyd edilib ki, Ukrayna əsgərləri artilleriya mərmilərini müxtəlif cəbhələrdə bölməkdə çətinlik çəkir, Rusiya isə bəzi yerlərdə onları geridə qoyur:

“Keçən həftə təkcə bir gecədə Ukraynaya 150-dən çox pilotsuz təyyarə və raket buraxıldı, lakin Ukraynanın müdafiə silahları, xüsusən də ən ölümcül təcavüzkarları məhv etməyə qadir olan silahları tükənir".

Qırğızıstan vətəndaşlarını sosial şəbəkələr vasitəsilə Rusiyada terror aktları törətməyə cəlb etməyə çalışırlar. Bu barədə isə Qırğızıstanın Əmək, Sosial Müdafiə və Miqrasiya Nazirliyinin məlumatında deyilir.

“Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyinin Rusiyadakı nümayəndəliyi xəbərdarlıq edir ki, Rusiyada terror aktlarında iştirak etmək üçün vətəndaşları, o cümlədən azyaşlı uşaqları sosial şəbəkələr vasitəsilə fəal şəkildə cəlb cəlb etməyə çalışırlar”, - məlumatda bildirilib.

Qeyd edilib ki, bu şəxslər dini, mədəni, milli və digər sosial xüsusiyyətlərə görə müxtəlif qruplar üzrə yazışmaları təhlil edərək qurbanları müəyyənləşdirir və həssas insanlara, depressiyaya düşən və ya hər hansı çətinlik çəkən insanlara arxalanırlar.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə gündəmi dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

28.03.2024 15:14
633