SON DƏQİQƏ! Müdafiə Nazirliyi məlumat yaydı: Mövqelərimiz atəşə tutulub

Avqustun 30-u saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Musavat.co-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.

30.08.2023 23:21
1235