Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.
Musavat.com-un məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məntəqələrin 93,3 faizinin nəticəsini elan edib.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,19 faiz;
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 faiz;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76 faiz;
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8 faiz;
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67 faiz;
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,53 faiz səs toplayıb.
Qeyd edək ki, sayılmış seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı 4 660 025-dir, hesabat vermiş seçki məntəqələrinin sayı isə 6 102-dir.
***
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 7 fevral növbədənkənar Prezident seçkisinin ilkin nəticələrini açıqlayıb.
Bu barədə Musavat.com-un müxbiri MSK -dan xəbər verib. Məzahir Pənahov bildirib ki, İlham Əliyevə 92, 1 faiz səs verilib.
Eyni zamanda ilkin nəticələrə görə Zahid Oruc 2,2 faiz, Fazil Mustafa 1,99, Qüdrət Həsənquliyev 1,78, Razi Nurullayev 0,79, Elşad Musayev 0,66, Fuad Əliyev 0,48 faiz səs toplayıb.
Musavat.com