Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, əsgərin Qəbələnin Nohurqışlaq kəndindən olduğu bildirilir.
***
Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minaya düşüb.
“Report”un məlumatına görə, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.