Fələstin prezidenti Mahmud Abbas avqustun 14-15-də Türkiyəyə səfər edəcək.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun bildirib.
"Fələstin prezidenti cənab Mahmud Abbas avqustun 14-15-də ölkəmizə səfər edəcək. 14 avqustda prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək, 15 avqustda isə Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edəcək", - deyə Altun sosial media hesabında qeyd edib.
Musavat.com