Lukaşenkoya əmr verilən kimi Belarus qoşunları Rusiyanın Baş Qərargahına tabe olacaq və “İttifaq dövləti”nin silahlı qüvvələrinin tərkibində Ukraynaya hücum edəcək.
Bunu tanınmış hərbi ekspert Oleq Jdanov deyib.
“Yanvarda "Müttəfiqlərin qətiyyəti" təlimləri "Birlik dövləti"nin təhlükəsizlik qüvvələrinin birləşdirilməsi məsələsini işləyib hazırladı. Təlimin məqsədi də bu idi. Bu gün, əslində, belə bir kiçik prosedur qalıb: ordu avtomatik olaraq Rusiyanın Baş Qərargahına tabe olacaq və "Birlik dövləti"nin vahid silahlı qüvvələrinə çevriləcək”, - o bildirib.
Ekspertin fikrincə, Lukaşenko hadisələrin bu cür inkişafından hər vəchlə çəkinir, çünki onun üçün ordu indi oturduğu kreslonun hələ kəsilməmiş yeganə ayağıdır: “Sursat, anbarda olan texnikanı təhvil verməyə razıdır, amma ordunu saxlayır”.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə gündəmi müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com