SON DƏQİQƏ! Londonda dəmiryolu stansiyasında yanğın- Hadisə yerindən ilk görüntülər

İngiltərənin paytaxtı Londonun mərkəzindəki Southwark bölgəsində dəmiryolu stansiyasında yanğın baş verib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, “Southwark” və “London Bridge” stansiyalarının fəaliyyəti dayandırılıb.

Yanğına yaxın ərazilərdə yerləşən binalardan insanlar təxliyə edilib. Yanğın ətrafında olan binalarda yaşayan sakinlərə tüstü səbəbindən  pəncərələri bağlı saxlamaq tövsiyə olunub.  Hazırda yanğına 70 yanğınsöndürənin müdaxiləsi davam edir.

Musavat.com

Musavat.com
17.08.2022 15:26
765