SON DƏQİQƏ! Kahramanmaraşda güclü zəlzələ oldu

Türkiyədəki dəhşətli zəlzələlərdən keçən 13-cü gündə Kahramanmaraş vilayətinin Göksun rayonunda növbəti yeraltı təkan qeydə alınıb. Saat 22:31 radələrində qeydə alınan zəlzələ 5,1 bal gücündə olub.

Musavat.com Türkiyə mediasına istinadən bildirir ki, əhali arasında narahatlıq yaşanıb.

Zəlzələ Adıyaman, Qaziantep və Civar şəhərlərində daha aydın hiss olunub, dağıntı və ya tələfat barədə hər hansı məlumat yoxdur.

Musavat.com

19.02.2023 00:04
2470