İstanbulda güclü külək gecə saatlarından etibarən ciddi təsirlərə yol açıb. Şəhər üzrə bir çox ərazidə hava şəraitinin qəfil dəyişməsi bəzi problemlərə səbəb olub.
Musavat.com Haber Türk-ə istinadən xəbər verir ki, İstanbul Hava Limanı və Sabiha Gökçən Hava Limanında hava trafikində çətinliklər yaranıb. Küləyin şiddətinin artması səbəbindən təyyarələr eniş etmədən əvvəl bir müddət havada dövr etməli olub.
Bundan əlavə, Beyoğlunda riskli bir strukturun çökməsi nəticəsində taxta bir bina möhürlənib. Kağıthanedə isə küləyin təsiri ilə uçan dam örtükləri avtomobillərə ciddi ziyan vurub. Küçükçekmecedə inşaat işləri davam edən binanın dam örtüyü uçaraq ətraf ərazilərə zərər verib.
Kağıthane Nurtepe Mahallesi'ndə isə külək nəticəsində dam örtükləri park edilmiş üç avtomobilin üzərinə düşüb, bir neçə avtomobil zədələnib. Hadisə yerinə gələn xilasetmə briqadası təhlükəsizlik tədbirləri alaraq zədələnmiş yük maşını ilə bağlı işləri davam etdirir.
Musavat.com