“Foreign Policy” nəşri İsrail ordusunun Qəzza strategiyası ilə bağlı təhlil dərc edib.
Musavat.com xəbər verir ki, "İsrail Qəzzada HƏMAS-ı necə məğlub etməyi planlaşdırır?" başlıqlı yazıda HƏMAS-ı məğlub etmək planının bəzi detalları üzə çıxıb.
Təhlildə sözügedən strategiyanın ABŞ-ın xəbərdarlıqlarından sonra formalaşdığı qeyd edilib.
"İsrail Müdafiə Qüvvələrinin strategiyası Qəzza şəhərinin və sahil zolağının şimal bölgəsinin təcrid edilməsinə yönəlib. Bu, ABŞ-ın mülki itkiləri məhdudlaşdırmaq üçün İsrailə təzyiqindən və İsrailin tam miqyaslı ərazi ilə bağlı mürəkkəbliyi qəbul etməsindən qaynaqlanan qərəzli bir yanaşmadır” - “Foreign Policy” yazır.
Məqalədə həmçinin qeyd edilib ki, İsrail Müdafiə Qüvvələri blok-məhəllə və ya tunellərlə döyüşmədən qrupun komandirlərini və infrastrukturunu məhv edəcəyinə ümid bəsləyir.
Musavat.com