SON DƏQİQƏ! İsraildə universitetlər, çimərliklər BAĞLANDI

İsrail “Hizbullah”ın zərbələrinə görə fövqəladə vəziyyət elan edib.

Musavat.com-un məlumatına görə, bu barədə “Ynet News” xəbər yayıb.

Fövqəladə vəziyyətlə əlaqədar Rişon-LeZion şəhərindən ölkənin cənub hissəsinə qədər çimərliklər bağlanıb.

“Times of Israel”in məlumatına görə, universitetlər İsrailin Livan ərazisinə endirdiyi zərbələr və “Hizbullah” hərəkatını atəşə tutması səbəbindən dərslərin ləğv edildiyini açıqlayıb.

Təl-Əviv Universiteti bu gün imtahanları ləğv etdiyini açıqlayıb, lakin digər müntəzəm dərslər davam edəcək.

İsrail Texnologiya İnstitutu və Hayfa Universiteti bütün tədbirlərin ləğv edildiyini bildirib. Dərslər Ono Akademik Kollecinin Hayfa şəhərciyində “Zoom” vasitəsilə keçiriləcək, bu gün və sabahkı imtahanlar isə ləğv edilib.

Musavat.com

25.08.2024 10:42
864