Haniyə Tehranda prezident sarayının yaxınlığında öldürülüb.
İsrailin “İsrael Hayom” nəşrinin məlumatına görə, qırmızı ilə işarələnmiş bina HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürüldüyü binadır.
İranda Prezident Sarayı yaşıl dairə ilə işarələnib.
Musavat.com bildirir ki, İsmayıl Haniyənin İranda prezident Pezeşkianın inaqurasiyasından bir neçə saat öldürülməsi Tehran rejimini etibarsızlaşdırıb və çətin vəziyyətə salıb. İsrailin bu hərəkəti heç bir norma və beynəlxalq etiketlərə sığmır. Lakin İranın da önəmli tədbirə dəvət olunmuş ali qonağını qoruya bilməməsi, bu cür hadisənin baş verməsi heyrət doğurur.
İsrail mediasının indi baxdığınız sxemi dəqiqliklə yayması da ilginc mesajdır. İrana mesaj verilir ki, sizin hər şeyinizi "ovcumuzun içi" kimi bilirik...
İsmayıl Haniyənin bu cür öldürülməsi regionda böyük müharibə ehtimalını artırıb.
Musavat.com