“İrəvan Rusiya sərhədçilərinin Zvartnots hava limanında fəaliyyətini dayandırması üçün Moskvaya rəsmi məktub göndərib”.
Musavat.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında bildirib.
“Hakimiyyətin mövqeyi ondan ibarətdir ki, Ermənistan sərhəd qoşunları hava limanında xidmət etməlidir. Ermənistanın bunun üçün bütün imkanları var”, - A.Qriqoryan əlavə edib.
Nigar HƏSƏNLİ,
Musavat.com