İrıvanda səhər saatlarında başlayan güclü yanğın davam edir. Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti İrəvanın Tbilisi şossesində baş vermiş yanğınla bağlı yeni təfərrüatları açıqlayıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Konserv zavodunun ərazisində baş verən yanğının 6000-7000 kv.m ərazini əhatə etdiyi açıqlanıb.
Hazırda yanğının söndürülməsi ilə 14 döyüş heyəti, 2 nərdivanlı yük maşını, həmçinin yardımçı qüvvələr iştirak edir.
Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin rəhbərliyi hadisə yerindədir.
Daxili İşlər Nazirliyi “Green Life” şirkətinin anbarının yandığını bildirib.
Musavat.com