Ermənistan Qarabağdan köçən ermənilər üçün dilənməyə başlayıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, İrəvan Avropa Komissiyasına yardım üçün müraciət edib.
İtaliya hökumətinin müraciət barədə yaydığı açıqlamada Ermənistanın əsasən zəruri ilkin ehtiyac materialları, həmçinin tibbi-sanitar materiallar istədiyi bildirilir. İtaliya hökuməti müraciətin təmin olunması üçün hərəkətə keçdiyini bəyan edib.
Qeyd edək ki, Ermənistan tərəfi Qarabağdan köçən ermənilərin sayı ilə manipulyasiya etməkdədir. İrəvan sayla bağlı qeyri-real rəqəmlər elan edir. Avropa Komissiyasına müraciət göstərir ki, köçənlərin sayını həndəsi silsilə ilə artırmaqda məqsəd həm də xarici ölkələr və beynəlxalq təşkilatlardan daha çox yardım qopartmağa hesablanıb.
Musavat.com