SON DƏQİQƏ! İran prezidentinə SUİ-QƏSD CƏHDİ, maşını üç dəfə AŞDI, toqquşdu – YARALILAR VAR

İranın keçmiş prezident Mahmud Əhmədenejata qarşı sui-qəsd cəhdi baş tutmayıb.

Məlumatı “Iran International” yayıb. Bildirilib ki, hadisə 9 və 10-cu hökumətlərin başçısı Mahmud Əhmədenejat və həyat yoldaşı Zəncana səfərə yola düşərkən baş verib.

Məlumata görə, qaydalara əsasən, təhlükəsizlik xidmətinin başçısı adətən avtomobilin qabaq oturacağında oturub. Maşını yoxladıqdan sonra o, Mahud Əhmədenejata başqa avtomobildə oturmasını məsləhət görüb. Kərəc-Qəzvin avtomobil yolunda “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Həmin maşında Əhmədenejat olmayıb. Orada keçmiş prezidenti müşayiət edən bir neçə şəxs olub.

Maşın yoldan çıxaraq üç dəfə aşıb və “Peugeot” avtomobili ilə toqquşub. Onun bir sərnişini yaralanıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız politoloq Vaqif Hüseyndir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

24.07.2024 16:00
6284