SON DƏQİQƏ: İran öz qırıcısını VURDU - VİDEO

İranın "F-4" qırıcısı Kermanşah bölgəsində səhvən ölkənin Hava Hücumundan Müdafiə (HHM) qüvvələri tərəfindən vurulub. 

Musavat.com xəbər verir ki, hadisəni təsdiqləyən məlumatlar hələlik mövcud deyil, lakin "Simorgh News" agentliyi Bistun dağı yaxınlığında hərbi təyyarənin qəzaya uğradığını bildirir.

Şahidlərin sözlərinə görə, insidentdən sonra təhlükəsizlik qüvvələri dərhal Bistundan Dinevara gedən yolun bir hissəsini bağlayaraq hərəkəti məhdudlaşdırıb.

Yerli sakinlər təhlükəsizlik qüvvələrinin hadisə yerində olduğunu təsdiqləyib, lakin hələlik təyyarənin düşmə səbəbləri və nəticələri barədə rəsmi açıqlamalar yoxdur.

Qeyd olunub ki, İranın HHM sistemi hələ də yüksək sürətli və çətin aşkarlanan hədəflərin müəyyən edilməsi və tutulmasında bir sıra çatışmazlıqlara malikdir. Bu da onu qabaqcıl hava təhdidlərinə qarşı zəif edir. Dağlıq ərazini nəzərə aldıqda təyyarə potensial olaraq düşmən hədəfi kimi müəyyən edilmiş ola bilər.

Görüntüləri təqdim edirik:

İqbal RZAYEV,
Musavat.com

07.11.2024 10:00
1445