Fevralın 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Qafan-Zəngilan hissəsində erməni hərbçilərin açdığı atəş nəticəsində Azərbaycan hərbçisinin yaralanması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır.
Musavat.com bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin mətbuat xidməti məlumat yayıb.
“Yuxarı komandanlığın yazılı əmrlərində vəziyyəti qiymətləndirən hərbi qulluqçunun atəş açmaq barədə qərar qəbul edə biləcəyi və ya etməyə borclu olduğu hallar aydın şəkildə müəyyən edilir.
İlkin məlumata görə, fevralın 12-də bu ərazidə belə bir vəziyyət olmayıb. Bu hal təsdiq olunarsa, əmri pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar”, - deyə Hərbi Polisin açıqlamasında bildirilir.
Musavat.com