HƏMAS İsraillə atəşkəsə razılaşıb.
Bu barədə hərəkatın teleqram kanalı məlumat yayıb.
HƏMAS lideri Qətər və Misirə hərəkatın atəşkəs təklifini təsdiqlədiyi barədə məlumat verib.
***
HƏMAS İsraillə danışıqları dayandırmaq qərarına gəlib.
Bu barədə adı açıqlanmayan HƏMAS rəsmisi deyib.
O bildirib ki, HƏMAS girovların azad edilməsi və atəşkəslə bağlı danışıqları dayandırmaq qərarına gəlib.
HƏMAS rəsmisi, həmçinin vasitəçilərin səylərinin nəticəsini gözlədiyini vurğulayıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb./"Report"/