SON DƏQİQƏ! Güclü ZƏLZƏLƏ Türkiyəni silkələdi - VİDEO, YENİLƏNİB

Türkiyənin Adana əyalətinin Kozan rayonunda 5,5 maqnitudalı zəlzələ olub.

Musavat.com xəbər verir ki, yerli vaxtla 08.44-də qeydə alınan yeraltı təkanlar Türkiyənin Osmaniyye və Qaziantep bölgələrində də hiss edilib.

Zəlzələ nəticəsində dağıntı və itkinin olmadığı bildirilir.

Qeyd edək ki, Adana 6 fevralda Kahramanmaraşda baş verən güclü zəlzələlərdə dağıntıya məruz qalıb. 

Musavat.com

@@TVmusavat/65699@@

adana.jpg (50 KB)

25.07.2023 11:59
3401