SON DƏQİQƏ: Fransız silahları ARTIQ İrəvanda, son görüntülər, savaş HAZIRLIĞI - CANLI

Gürcüstanın Poti limanından Fransa istehsalı olan 20-dən çox “ACMAT Bastion” zirehli maşınının boşaldıldığını əks etdirən foto və videolar yayımlanıb.

Musavat.com xəbər verir ki, hərbi analitik və tədqiqatçısı Leonid Nersisyan da “X” mikrobloqunda fotolar paylaşaraq Ermənistanın Gürcüstanın Poti limanından gətirilən Fransanın “Bastion” zirehli transportyorlarının ilk partiyasını aldığını yazıb.

Fransa “Bastion” çoxhədəfli zirehli texnikasını Ermənistana göndərib. Zirehli transpartyor sinfinə aid olan bu hərbi maşın əsasən Fransa ordusunun Afrikadakı xüsusi təyinatlı dəstələrinə dəstək məqsədi ilə yaradılıb.

“Bastion” “Acmat” şirkətinin istehsalı olan VLRA zirehli avtomobilinin şassisi üzərində yığılıb və ilk dəfə 2010-cu ildə Britaniyada keçirilən sərgidə nümayiş etdirilib. Bu hərbi maşın həm də 5 nəfərlik xüsusi təyinatlı qrupu daşımaq üçün nəzərdə tutulub.

Onun qülləsində 12,7 millimetrlik pulemyot yerləşdirmək mümkündür. Zirehli maşına həmçinin ikisi arxadan, biri öndən üç ədəd 40 mm-lik qumbaraatan tipli NK GMG, həm də üç ədəd 7,62 tipli MG3 pulemyotu quraşdırmaq olur. Zirehli maşın aşağı hissədən mina əleyhinə müdafiə sisteminə malikdir.

“Bastion”nun daha bir özəlliyi isə Afrikanın, Yaxın Şərqin iqliminə uyğunlaşdırılması və qaranlıqda sərbəst hərəkət etmək bacarığıdır. Modifikasiyalarından asılı olaraq, “Bastion”ların çəkisi 10-12 ton arasında dəyişir.

Hazırda Ermənistanla yanaşı, “Bastion”lar Ukrayna, İsveç, Niger, Mali, Keniya, Toqo, Uqanda, Çad kimi ölkələrin arsenalında mövcuddur. 2015-ci ildə Pentqon Afrikada müxtəlif əməliyyatlarda istifadə etmək üçün “Mack Trucks” şirkətinin vasitəsi ilə 62 ədəd “Bastion” alıb.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını politoloq Vaqif Hüseyn cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

13.11.2023 15:05
916