Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.
Musavat.com-a verilən məlumata görə, evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb. O, iki güllə yarası alıb, hazırda xəstəxanada əməliyyat olunur.
Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Musavat.com-a açıqlamasında bildirib ki, sözügedən hadisə ilə bağlı araşdırma davam edir.
"Cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür" - Elşad Hacıyev bildirib.
Musavat.com