Bu dəqiqələrdə Ermənistan parlamentinin binası qarşısına etirazçılar axışır.
Musavat.com erməni mediasına istinadən xəbər verir. Məlumata görə, aksiya iştirakçıları Nikol Paşinyana impiçment prosedurunun başlanmasını tələb edirlər. Etirazçılar arasında müharibədə ölənlərin yaxınları ilə yanaşı, müxalifətçilər də var.
Onlar səhər saat 08.00-dan etibarən parlamentin giriş-çıxışını bağlamağa qərarlıdırlar.
Musavat.com