SON DƏQİQƏ: Əsədin iqamətgahı ƏLƏ KEÇİRİLDİ - VİDEO

Suriyada müxalifət qüvvələri ölkənin şimalında yerləşən Hələb şəhərində prezident Bəşər Əsədin iqamətgahını ələ keçirib.

Bununla bağlı görüntüləri telegram kanalları yayıb.

Musavat.com həmin görüntüləri təqdim edir:

@@TVmusavat/102436@@

Qeyd edək ki, "Heyət Təhrir əş-Şam" (HTŞ) Əsəd rejiminə qarşı başlatdığı hücumları davam etdirir. HTŞ-yə bağlı müxalif qruplar ölkənin ikinci böyük şəhəri olan Hələbdə nəzarəti ələ keçirib. Döyüşlərdə 50-yə yaxın mülki şəxs də daxil olmaqla, 350 nəfərin öldüyü bildirilir.

Musavat.com

01.12.2024 18:10
4721