SON DƏQİQƏ! Ermənistandan sərhəd təxribatına görə ETİRAF

Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni sərhədçilərini aprelin 10-da Sünikin (Zəngəzur - red.) Nerkin Xndzoresk kəndi yaxınlığında atışmaya səbəb olan qaydaları pozmaqda ittiham edib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Qeyd edək ki, baş verən təxribat zamanı Azərbaycan Dövlət Sərhəd Xidmətinin baş leytenantı yaralanıb, faktla bağlı cinayət işi qaldırılıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti araşdırma aparılacağını açıqlamışdı. Amma araşdırmaların ardınca günahkarların cəzalandırılması barədə hələlik heç nə deyilmir.

Musavat.com

12.04.2024 11:36
2076