Aprelin 15-dən iyulun 15-dək Ermənistanda ehtiyatda olan hərbçilər üçün müntəzəm təlim-məşq toplanışları keçiriləcək.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
Xəbərdə qeyd edilir ki, Ermənistanda 2024-cü il aprelin 15-dən iyulun 15-dək ehtiyatda olan hərbçilər: sıravi əsgərlər, sıravi zabitlər və birinci və ikinci kateqoriyalar üzrə qeydiyyatda olan birinci qrup ehtiyatda olan zabitlər üçün təlim-məşq toplanışları keçiriləcək.
Təlim-məşq toplanışında 435 nəfərə qədər şəxs iştirak edəcək ki, onlardan 128 nəfəri sıravi və kiçik zabit, 9 nəfəri ali zabit, 298 nəfəri isə zabit korpusunun ehtiyatda olan zabitidir.
Bildirilir ki, təlim döyüş vərdişlərinin ümumi səviyyəsini, eləcə də ehtiyatda olan zabitlərin hazırlığını təmin etmək məqsədilə keçirilir.
Videoda ermənilərin döyüş meydanından necə qaçması göstərilir.
Musavat.com