"Əgər Qərbdəki bəzi qüvvələr bu prosesləri dayandırmasalar, erməni ordusu müəyyən vaxtdan sonra hücuma keçə bilər".
Musavat.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov bildirib.
O qeyd edib ki, Azərbaycan tərəfinin dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdarlıq etməsinə baxmayaraq, Makron-Paşinyan cütlüyü bölgəni yenidən müharibəyə qərq etmək istəyir:
"Hələlik isə Paşinyan guya ki, 2027-ci ildə Konstitusiyanı dəyişəcəyi anonsunu verir (hərçənd, niyə 2027? Vaxt uzadaraq müharibəyə hazırlaşmaq üçün) və ordusunu gücləndirir.
"Sputnik" çəkilişləri erməni ordusunun ciddi hazırlıqda olduğunu göstərir. Videoda 1 il fərqlə şərti sərhədlərdəki vəziyyət qeyd edilib.
Amma Ermənistan rəhbərliyi bilsin ki, kiməsə ümid edib yenidən səhvə yol verərsə, hücuma keçərsə, adekvat cavabı alacaq".
Aytən Novruz
Musavat.com