SON DƏQİQƏ! Ermənistan, İran və Azərbaycan sərhədlərində ZƏLZƏLƏ - Dağıntı və tələfat...

Bu gün yerli vaxtla saat 12:41-də Ermənistan, İran və Azərbaycan sərhədlərinin yaxınlığında 3,8 bal gücündə zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, məlumatı Ermənistanın seysmoloji xidməti yayıb.

Təkanların episentri sərhədlərin kəsişmə nöqtəsində yerləşib. İlkin məlumatlara görə, zəlzələ nəticəsində ətraf bölgələrdə ciddi dağıntı və ya insan tələfatı baş verməyib.

Xatırladaq ki, bu bölgə seysmik aktiv zonalar arasında sayılır və burada zaman-zaman müxtəlif gücdə zəlzələlər baş verir. Yeraltı təkanların ətraf yaşayış məntəqələrində hiss olunduğu bildirilib.

Hadisə ilə bağlı əlavə məlumatlar verildikcə, oxucularımızı məlumatlandıracağıq.

Musavat.com

18.11.2024 13:29
771