SON DƏQİQƏ! Erməni yeniyetmələr Ermənistana təhvil verildi

Qərbi Zəngəzur bölgəsindən azaraq Azərbaycan ərazisinə keçmiş iki erməni yeniyetmə Ermənistan tərəfinə təhvil verilib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Dığ (Tex) icmasının rəhbəri David Qulunts məlumatı təsdiqləyib.

Qeyd edək ki, ötən gecə Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) adlı şəxslər Ərəvus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə keçmişdi.

Musavat.com

06.06.2025 22:06
3718