SON DƏQİQƏ! Ərdoğan bu ölkə ilə mühüm müqavilə İMZALADI

Gələn il Macarıstan Türkiyədən 275 milyon kubmetr qaz alacaq.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla Macarıstanın baş naziri Viktor Orban arasında danışıqlar zamanı razılaşma əldə olunub.

Macarıstanın xarici işlər naziri Peter Siyartonun verdiyi məlumata görə, razılaşdırılan qaz həcmləri gələn yaz və yay aylarında Macarıstana nəql olunacaq: "Bu, ölkəmizin enerji təhlükəsizliyinə böyük töhfə verəcək".

Siyarto onu da bildirib ki, Avropanın enerji təchizatında tranzit ölkə olaraq Türkiyənin rolu getdikcə artır.

Musavat.com

20.08.2023 22:10
2694